Türkiyə Suriya ilə sərhəddə təhlükəsizliyi möhkəmləndirmək üçün 35 kilometrlik sədd tikib.
Oxu.Az Haberler.com-a istinadən xəbər verir ki, Türkiyənin Suriya ilə sərhədində yerləşən Hatay əyalətində tikilən səddin hündürlüyü 3 metrə, eni isə 2 metrə çatır.
Cari ilin sonuna qədər Türkiyə Suriya ilə sərhəddə 40 km uzunluğu olan daha bir sədd tikəcəyi gözlənilir.