Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyə: Tufandan öncə durğunluq – FOTOMÜSAHİBƏ
10 və 24 avqust Türkiyədə ilk dəfə ümumi səsvermə yolu ilə prezident seçkiləri keçiriləcək.
Seçkilər, ölkə tarixində dönüş nöqtəsi olmaqla yanaşı, cari siyasi sitemdə ciddi dəyişiklliklərə gətirib çıxara bilər.
Yeni prezident çoxsaylı problemlərlə üzləşəcək. Ölkənin baş naziri Rəcəb Tayib Ərdoğan bələdiyyə seçkilərindəki qələbəsindən sonra prezident seçkilərində də lider hesab edilir.
Ərdoğanın rəqibləri, Xalq Cümhur Partiyası və Xalq Hərəkatı partiyasından olan yeganə müxalifət namizədi - Ekmeleddin İhsanoğlu və kürd Səlahəddin Dəmirtaşdır.
Ekspertlərin fikrincə onların qələbə qazanmaq şansları yoxdur.
Ərdoğan yalnız qarşıdan gələn seçkilərlin favoriti deyil, o həm də böyük insan və maliyyə resursları cəlb edərək, aqressiv seçki kampaniyası aparır. Baş nazirin tərəfdarları fəal şəkildə təbliğat mitinqləri və iclasları keçirirlər, seçicilərin mobil telefonlarına Ərdoğana səs verməyə çağırışlar gəlir.
Bu vəziyyətdə son 2 il ərzində 8 seçki uduzan türk müxalifəti gücsüzdür.
Müxalifət namizədi, İslam əməkdaşlığı Təşkilatının keçmiş sədri, Ekmeleddin İhsanoğlu türk siyasətində digərləri ilə müqayisədə yeni simadır və son sorğuların nəticəsinə görə, 40%-dən çox səs toplama ehtimalı yoxdur.
Eyni zamanda Rəcəb Tayib Ərdoğan və Xalq demokratik partiyanın namizədi Səlahəddin Dəmirtaş yetərincə məşhur siyasətçilərdir.
Sabah keçiriləcək seçkilərin əsas intriqası isə, əgər birinci turda heç bir nazmizəd lazımi 50% səs toplaya bilməsə Dəmirtaşın seçicilərinin səslərini kimə verəcəklərindən ibarətdir.
Türkiyədə Dəmirtaşa kürd seçiciləri səs verir. Son 8-10 ildə keçirilən seçkilərdə kürdlər yalnız iki partiya üçün: Ədalət və İnkişaf Partiyası və Sülh və Demokratiya Partiyasına səs veriblər. Ona görə də kürd seçicilərinin əksəriyyətinin səsini məhz Ərdoğana verəcəkləri ehtimal edilir.
Aliyə İsmayılzadə
İstanbul, Türkiyə
www.oxu.az
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə Şişli bələdiyyə sədrinin müavini həbs olundu
- Məşhur türkiyəli xizəkçinin öldüyü hoteldəki yanğınla bağlı saxlanılanların sayı artdı
- Ərdoğan və Putin arasında telefon danışığı baş tutub
- Dilan və Engin Polat cütlüyünün milyonlarla dollar dəyərində lüks avtomobilləri satışa çıxarılır
- Türkiyədə qəribə hadisə: Sərnişin avtobusundakı qutudan piton çıxdı