Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyə və Rusiya XİN başçılarının müavinləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli həmkarı Burak Akçapar ilə Ukraynadakı münaqişənin diplomatik həlli və Cənubi Qafqazdakı vəziyyət mövzularında məsləhətləşmələr aparıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ukrayna böhranı mövzusu, o cümlədən onun siyasi və diplomatik yolla həlli perspektivləri müzakirə edilib. Tərəflər Cənubi Qafqazdakı vəziyyət ilə bağlı fikirlərini bölüşüblər. Onlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin vacibliyini vurğulayıb və buna ilk növbədə regional formatlar çərçivəsində kömək edilə biləcəyini qeyd ediblər”, - məlumatda deyilir.
Mənbə: TASS
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Leninin nəşi dəfn olunacaq? - Putindən reaksiya
- Məşhur rusiyalı aparıcı və model Parisdə faciəli şəkildə həyatını itirdi
- Rusiyada "An-2" təyyarəsi radarlardan itib
- Tatarıstanda Şaxta baba pedofil çıxdı: Uşaqları konfetlə aldadıb
Rəylər