Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Rusiyaya səfərləri təxirə salmağı tövsiyə edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə qurumun rəsmi saytında məlumat verilir.
Məlumatda bildirilir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsindən sonra Rusiyaya gedən Türkiyə vətəndaşlarına çətinlik yaradılır:
“Vətəndaşlarımıza vəziyyət düzələnədək Rusiyaya vacib və təcili olmayan səfərləri təxirə salmağı tövsiyə edirik”.