Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyə XİN-dən ABŞ senatının “soyqırımı” qərarına - REAKSİYA
Rəsmi Ankara ABŞ Senatının 1915-ci il erməni hadisələrini “soyqırımı” kimi tanıyan qətnaməni qəbul etməsini “tarixin necə siyasiləşdirilə biləcəyinin utancverici örnəklərindən biri” adlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
Türkiyə XİN sözügedən qərarın “Türkiyə-ABŞ münasibətlərinin inkişafı istiqamətindəki səyləri iflasa uğratmağı hədəfləyən bir təşəbbüs” olduğunu qeyd edib.
“ABŞ senatının 1915-ci il hadisələri ilə bağlı 12 dekabr 2019-cu il tarixli qərarı istənilən tarixi bilgi və hüquqi əsasdan məhrumdur”, - XİN-in bəyanatında deyilib.
XİN bəyanatında, həmçinin, Türkiyənin bundan sonra da bölgəsindəki həyati vacib maraqlarını qorumaq üçün apardığı mübarizəni bu cür haqsız və əsassız qərarlardan təsirlənmədən qərarlılıqla davam etdirəcəyi vurğulanıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- "Haber Global"da Əsma Əsədin Britaniya kəşfiyyatı ilə gizli münasibətləri müzakirə edilib
- Tehranın "yanacaq oyunu"nun səbəbi: İrəvanın hədəfi
- Türkiyədə ünvanı bilməyən şəxs güllələndi
- "Haber Global"a danışan siyasətçi: "Azərbaycanın tələbləri haqlıdır"
- Türkiyədən təhlükəli görüntülər: Yerli sakin təkbaşına yaxınlıqdakı canavar sürüsünü lentə aldı
Rəylər