Türkiyənin Xarici İşlər Nazirliyi artıq üçüncü gündür Qazaxıstanda davam edən etiraz aksiyalarına münasibət bildirib.
Bu barədə açıqlama Türkiyə XİN-nin rəsmi “Twitter” səhifəsində yerləşdirilib.
“Türkiyə XİN Qazaxıstanda yanvarın 2-3-də başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyir. Dost Qazaxıstanın sabitliyinə önəm veririk. Arzumuz qardaş qazax xalqının sülh və əmin-amanlığıdır. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gələcəyinə inanırıq. Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənir və olayların ən qısa müddətdə sakitləşəcəyinə ümid edirik. Hadisələr nəticəsində xəsarət alanlara şəfa diləyirik”, - məlumatda qeyd olunub.
Kazakistan’da Düzenlenen Protesto Gösterileri Hk. https://t.co/ZCx5SNZMnT pic.twitter.com/k9z43tn77A
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) January 5, 2022