Türkiyəni sarsıdan zəlzələlərdə axtarış-xilasetmə işləri davam edərkən, daha bir möcüzə yaşanıb.
Belə ki, Kahramanmraşda zəlzələdən 258 saat sonra bir nəfər Ebrar yaşayış massivinin dağıntıları altından sağ olaraq xilas edilib.
Həmin şəxs 42 yaşındakı Neslihan Kılıç olub.
O, təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.