Türkiyənin cənubunda, Adana vilayətində PKK terror təşkilatına qarşı əməliyyat çərçivəsində 30-dan çox təşkilat üzvü saxlanılıb.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə vilayət polisinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, saxlanılanlar hamısı Türkiyə vətəndaşlarıdır. Polisin yaydığı məlumatda o da qeyd edilib ki, PKK-ya qarşı əməliyyatlar davam etdiriləcək.
İ.F.