Türkiyədə zəlzələnin baş verdiyi bölgələrdə axtarış-xilasetmə işləri davam etdirilir.
95 saatdan sonra dağıntılar altından yeddi yaşlı Asya Dönmez adlı azyaşlı xilas edilib.
Asya Dönmez həkim nəzarəti altında xəstəxanaya çatdırılıb.
Hatayda dağıntılar altından sağ çıxarılan digər zərərçəkən isə yaş yarımlıq Sela adlı körpədir. Selanın 96 saat dağıntılar altında qaldığı bildirilir.