Türkiyə rəhbərliyi 96 hakimi, bir neçə prokuroru və 470 polis əməkdaşını vaxtından əvvəl istefaya göndərib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu informasiyanı “France Presse” agentliyi yayıb.
İşdən çıxarılanların çoxunun adları “Böyük rüşvət” əməliyyatı zamanı tutulanlarla əlaqəli olduğu bildirilir.