Türkiyənin Antalya vilayətində turistləri aparan avtobus aşıb. Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, xəsarət alanlardan 11 rusiyalı turistlərdir.
Avtobusun tuneldən çıxarkən çevrildiyi bildirilir. Qəzanın səbəbi güclü yağışın yağması göstərilir.
12:26
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 20 turist xəsarət alıb.
Qəzanın səhər saatlarında baş verdiyi bildirilir. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.
Turistlərin vətəndaşlığı barədə məlumat verilmir.
İ.F.