Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Kastamonu vilayətindən Ankaraya gedən sərnişin avtobusu paytaxtın Kalecik rayonu ərazisində aşıb.
İlkin məlumata əsasən, 8 nəfər ölüb, 34 nəfər yaralanıb.
E.Ə.
www.oxu.az