Türkiyənin İzmir şəhərinin Karabağlar rayonunda silahlı şəxs bankı soymağa cəhd edib.
Oxu.Az bu barədə NTV telekanalına istinadən xəbər verir.
Bildirilir ki, cinayətkar bankın şöbələrindən birinə girib və təhlükəsizlik əməkdaşının silahını ələ keçirərək orada işləyən beş əməkdaşı girov götürüb.
Ərazidə təhlükəsizlik tədbirləri görülüb, hadisə yerinə danışıqlar aparan mütəxəssislər və xüsusi təyinatlı qruplar cəlb olunub. Bu qrupların fəaliyyəti nəticəsində bank əməkdaşları təhlükəsiz şəkildə xilas edilib, C.A. adlı şübhəli şəxs isə saxlanılıb.
İzmir Baş Prokurorluğu fakt üzrə təhqiqata başlayıb.