Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyədə bələdiyyə seçkisi: Ardahandakı nəticələr ləğv olundu
Ardahanda (Türkiyə) martın 31-də keçirilmiş bələdiyyə seçkisi Ədalət və İnkişaf Partiyasının etirazı ilə təkrarlanacaq.
Məlumata görə, CHP-nin namizədi və hazırkı bələdiyyə başçısı Faruk Demir 5 min 49, Ədalət və İnkişaf Partiyasının namizədi Yunus Baydar isə 4 min 875 səs toplayıb. Şəhər üzrə etibarsız səslərin sayı 620 olub.
Seçkidə 174 səslə uduzan Baydar nəticələrə etiraz edib. Dairə Seçki Şurası üçü əleyhinə, dördü lehinə olmaqla seçkinin yenilənməsi barədə qərar qəbul edib.
Bununla bağlı açıqlama verən vəkil Mehmet Kurukaya Seçki Şurasına ərizə ilə bütün dəlilləri təqdim etdiklərini bildirib.
“Etirazımız Ardahan Mərkəzi Dairə Seçki Şurası tərəfindən səs çoxluğu ilə qəbul edildi və seçkinin yenilənməsinə qərar verildi. Etdiyimiz etirazlar haqlıdır və qanunidir”, - deyə o bildirib.
Səsvermə iyunun 2-də baş tutacaq.
CHP rəhbərliyindən qərarın ləğvi üçün Vilayət Seçki Şurasına müraciət ediləcəyi bildirilib.
Mənbə: Milliyet
Rəylər