Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyədə beş min illik sirli qəbir tapıldı
Türkiyənin Burdur şəhəri yaxınlığında eramızdan əvvəl III minilliyin əvvəlinə aid edilən qəbir tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, qazıntı işləri zamanı təxminən beş min il yaşı olduğu müəyyən edilən skelet aşkarlanıb.
Arxeoloji işlərə rəhbərlik edən professor Gülsün Umurtakın dediyinə görə, qəbir erkən tunc dövrü adlandırılan eramızdan əvvəl üçüncü minilliyin dəfn ənənələrinə uyğun bir tapıntıdır.
Qəbirdəki qeyri-adilik isə mərhumun saxsı küpün içərisində, dizləri qarnına doğru qatlanmış şəkildə dəfn edilməsidir.
Skeletin yanına bəzi qəbir əşyaları da qoyulub ki, bu da məzarın tapıldığı bölgəyə və aid olduğu dövrə xas deyil.
"Haber Global" teqi üzrə xəbərlər
- "Haber Global": "Zəngin ölkələr iqlim fəlakətlərinə görə məsuliyyətdən qaçırlar"
- Zaxarovaya brifinq zamanı sirli zəng: Xəbərdarlıq aldı
- "Haber Global": "Bakıda Türkiyə banklarının iqlim hədəfləri müzakirə edildi"
- "Haber Global": "Quterreş Bakıdan dünyaya səsləndi"
- Rəsmi Bakıdan Fransaya etiraz: Qərəzli mövqenin uğursuz sonu
Rəylər