Türkiyənin Şanlıurfa vilayətində məhəllə ticarətçiləri körpə uşağın həyatını xilas ediblər.
Oxu.Az metbuat.az-a istinadən xəbər verir ki, 2 yaşlı Elif üçmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanında oynayarkən dəmir barmaqlığın üstünə çıxıb və müvazinətini saxlaya bilməyərək əllərini buraxıb.
Həmin vaxt məhəllənin ticarətçiləri eyvanın altında dayanaraq yıxılan uşağı havada tutaraq xilas ediblər.
Həmin görüntüləri təqdim edirik:
İ.N.