Türkiyənin Konya vilayətinin Beyşehir rayonunda barıt çıxarılan bir mədəndə meydana gələn torpaq sürüşməsi nəticəsində 1 adam həyatını itirib, 1 nəfər isə yaralanıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Beyşehirin Limen səmtində “Korur” firmasına aid mədəndə bu gün baş vermiş torpaq sürüşməsi zamanı iş maşınlarının üzərinə qaya parçaları düşüb.
Həmin vaxt iş maşınında olan Tunahan Gürocak adlı işçi həyatını itirib.
Digər iş maşınında olan əmisi oğlu 23 yaşlı Əli Gürocak isə yaralanıb.