Türkiyədə toyunda gəlinə hədiyyə edilən kiloqramlarla qızılla gündəmə gələn "Vanlı Kara Haydar" ləqəbli Mehmet Fatih Tançalan həbs edilib.
Oxu.Az bu barədə "Hürriyet" qəzetinə istinadən xəbər verir.
O, cinayət yolu ilə əldə edilən aktivlərin yuyulması ittihamı ilə həbs edilib.
Mehmet Fatih Tançalanın həyat yoldaşı, sosial media fenomeni Çağla Öz isə sosial media hesablarını bağlayıb.
Türkiyədə "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz onun saxlanılmasından sonra diqqətçəkən addım atıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Çağla Öz həyat yoldaşının nəzarət altına alınmasından sonra 1.5 milyon izləyicisi olan sosial media hesabını bağlayıb.
Çağla Özün "Instagram" hesabına daxil olmaq istəyənlər "İstifadəçi tapılmadı" bildirişi ilə qarşılaşıblar. Onun "Instagram" hesabı hazırda giriş üçün qapalı görünür.

Türkiyədə sosial şəbəkələrdə "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalan barəsində sosial media paylaşımlarına görə Van Baş Prokurorluğu tərəfindən Türkiyə Cinayət Məcəlləsinin (TCK) 301-ci maddəsi ilə istintaq başlanıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Mehmet Fatih Tançalan gecə saatlarında saxlanılıb. Tançalana məxsus olduğu iddia edilən sosial media paylaşımlarında türk millətinin, Türkiyə dövlətinin, dövlət qurumları və orqanlarının təhqir edildiyi iddia olunur. Həmçinin onun toyunda hədiyyə olaraq taxılan külli miqdarda qızılların mənbəyi ilə bağlı da araşdırmaya başlanılıb. Məhkəmə orqanları MASAK-dan (Maliyyə Cinayətləri İstintaq Şurası) araşdırma tələb edib.
Tançalanın Vanın Muradiye rayonundakı evində əməliyyat keçirilib və daha əvvəl onun haqqında 25 cinayət halı ilə bağlı qeydlərin olduğu məlum olub.
O, Van Vilayət Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin qrupları tərəfindən polis bölməsinə gətirilib. Qızıllar başda olmaqla, onun mal varlığının mənbəyini müəyyən edilməsi üçün maliyyə araşdırması prosesi işə salınıb.
Tançalanın polis bölməsindəki məhkəmə prosesləri davam edir. Prosedurlar başa çatdıqdan sonra onun Van Baş Prokurorluğuna göndərilməsi gözlənilir.
Həm məhkəmə istintaqı, həm də maliyyə istintaqı prosesi ilə Baş Prokurorluq məşğul olur.