Bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində 1710 bina dağılıb, azı 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb.
“Haber Global” televiziyası zəlzələ baş verən ərazilərdən canlı yayıma davam edir:
06:51
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Zəlzələ Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.
Çox sayda yaşayış binasının və ictimai-iaşə obyektlərinin dağıldığı bildirilir.
View this post on InstagramHətt bəzi şəxslər dağıntılar altında canlı yayıma çıxaraq olduqları yer barədə məlumat verir, yardım göstərilməsi üçün çağırışlar edirlər.
View this post on InstagramQeyd edək ki, baş verən güclü zəlzələdən sonra Qaziantep şəhərində 6.4 maqnitudalı afterşok qeydə alınıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə qaya uçqunu: Azərbaycan qeydiyyatlı TIR-a ziyan dəydi - Video
- Türkiyəli tanınmış müğənninin qızı faciəli şəkildə öldü
- İstanbulda çökən binada aylarla əvvəl çatlar yarandığı üzə çıxdı - Video
- PKK Türkiyədən tamamilə çıxdı
- Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Digər xəbərlər