Türkiyənin Samsun şəhərində fahişəliklə məşğul olan 6 qadın həbs olunub. Əsasən erməni qadınlardan ibarət dəstə üzvlərindən ikisində Türkiyə vətəndaşlığına aid saxta sənəd tapılıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Samsun polis əməkdaşları şəhər restoranlarından birində operativ tədbirləri keçirib. Qadınlar xidməti giriş vasitəsilə restorandan qaçmağa çalışsalar da, bu, mümkün olmayıb və polis onları yaxalayıb.
Yoxlama zamanı müəyyən olub ki, saxlanılandan biri Ermənistan vətəndaşıdır və Türkiyəyə saxta sənədlərlə gəlib.