Türkiyənin şimal-qərbində yerləşən Kırklareli şəhərində uşaq oyuncaqları fabrikində güclü yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər, tibb işçiləri və jandarm briqadaları cəlb edilib.
Yanğınsöndürmə işlərinin davam etdiyi bildirilir. Yanğının səbəbi ilə bağlı məlumat verilməyib.