Türkiyənin qərbində Dənizli şəhərində qaz sızması nəticəsində azı 6 nəfər ölüb.
Oxu.Az Qafqazinfo.az-a istinadən xəbər verir ki, CNN Türkün müxbiri partlayışın çörək sexində baş verdiyini, ətraf binalara, avtobus və piyadalara xəsarət yetirdiyini bildirir.
“Sabah” qəzeti 25 nəfərin xəsarət aldığını, beşinin ağır durumda olduğunu yazır.