Türkiyədə doqquz yaşlı uşaqların tüfənglə zarafatı ölümlə nəticələnib.
Məlumata görə, faciə Bursa şəhərində yaşanıb.
Bildirilir ki, C.K. adlı üçüncü sinif şagirdi ailəsi ilə birlikdə nənəsinin evinə qonaq gedib. O, otaqların birində əmisi oğlu Miraç Güvenirlə oyun oynayarkən gizlədilmişi ov tüfəngini tapıb.
C.K. zarafatla tüfəngi Miraç Güvenirə tərəf yönəldib və tətiyi çəkib. Nəticədə güllə Miraçın başına dəyib. Səsə gələn ailə üzvləri uşaqlardan birinin əlində tüfənglə şok vəziyyətində durduğunu, digərinin yerdə qan içində olduğunu görüblər.
Hadisə yerinə polis və təcili yardım çağırılıb. Tibb işçiləri Miraçın öldüyünü təsdiqləyiblər. C.K. polis idarəsinə dindirilmək üçün aparılıb.
Hadisə ilə bağlı istintaq başlanılıb.
Mənbə: CNN Türk
Rəylər