Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı zamanı saxlanılanların sayı artdı - YENİLƏNİB + VİDEO
Türkiyədə səhər saatlarından “Qəhrəmanlar” adı altında başlanan genişmiqyaslı antiterror əməliyyatı zamanı saxlanılanların sayı artıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Məlumata görə, əməliyyatda 928 şübhəli şəxs saxlanılıb.
Mənbə: “Türkiye Gazetesi”
11:14
Türkiyədə səhər saatlarından etibarən ölkə üzrə böyük antiterror əməliyyatına başlanılıb.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında məlumat verib.
Məlumata görə, bütünlüklə ölkə ərazisini əhatə edən əməliyyata 13 min 440 təhlükəsizlik əməkdaşı cəlb edilib və 466 antiterror əməliyyatı həyata keçirilib.
Altı vilayətdə keçirilən əməliyyatlar zamanı çox sayda terror şübhəlisi saxlanılıb.
“Bütün Türkiyə ərazisində separatçı terror təşkilatına qarşı başladılan “Qəhrəmanlar” əməliyyatları çərçivəsində Mersin, Van, Şanlıurfa, Mardin və Aydın vilayətlərində terror təşkilatına üzv olmaqda şübhəli bilinən 12 nəfər ələ keçirilib. 16 vilayətdə həyata keçirilən əməliyyatlar zamanı 55 terror təşkilatı üzvü saxlanılıb.
Əziz xalqımızın bilməsini istəyirəm ki, biz heç bir terrorçuya göz açmağa imkan verməyəcəyik. Təhlükəsizlik güclərimizin üstün səyləri ilə mübarizəmizi fasiləsiz olaraq davam etdirəcəyik.
Hazırda terrorla mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlara ümumilikdə 13 min 440 qəhrəman vətən övladı cəlb edilib.
Əməliyyatlarda iştirak edən Milli Kəşfiyyat Təşkilatı, polis və jandarmlarımızın hər birinin alnından öpürəm. Allah ayaqlarınıza daş dəydirməsin”, - deyə Ali Yerlikaya qeyd edib.
BTÖ’YE YÖNELİK TÜM TÜRKİYE’DE BAŞLATILAN “KAHRAMANLAR” OPERASYONLARI KAPSAMINDA; MERSİN, VAN, ŞANLIURFA, MARDİN VE AYDIN’DA 1️⃣2️⃣ ŞÜPHELİ TERÖR ÖRGÜTÜ ÜYESİ YAKALANDI❗️
— Ali Yerlikaya (@AliYerlikaya) October 3, 2023
BTÖ’NÜN İSTİHBARAT YAPILANMASINA YÖNELİK ŞANLIURFA MERKEZLİ MARDİN, DİYARBAKIR, GAZİANTEP, MERSİN, ŞIRNAK,… pic.twitter.com/GFXcg7mvBa
Mənbə: “Türkiye Gazetesi”
Rəylər