Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda fəaliyyət göstərən ABŞ-nin “Procter & Gamble” şirkətinin fabrik binasına basqın edərək 7 işçini girov götürən İbrahim Y. təslim olub.
Təxminən 10 saatlıq danışıqlardan sonra o, girovları azad etməyə razılaşıb.
Fabrikə daxil olan polis qrupları İbrahim Y-ni saxlayıb.
Mənbə: Haber Global
17:50
Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda fəaliyyət göstərən ABŞ şirkətlərindən birinin fabrikinin əsas binasına basqın edilib.
Əlində silahla basqın edən naməlum şəxs fabrik işçilərini girov götürüb.
Şübhəlinin İsrailin Qəzzaya hücumlarına etiraz etmək üçün fabrikdəki insanları girov götürdüyü iddia edilir.
Hadisə yerinə xüsusi polis qüvvələri, əməliyyat və sağlamlıq qrupları göndərilib. Həmçinin Kocaeli valisi Seddar Yavuz da bölgəyə gedib.
Eyni zamanda fabrikin qarşısına xüsusi əməliyyat polisi yönəldilib. Fabrikin yerləşdiyi küçə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün bağlanıb.
Mənbə: İHA
Rəylər