Türkiyənin mərkəzi hissəsində həndbol komandasını daşıyan avtobus qəzaya uğrayıb, Oxu.Az Doğan agentliyinə istinadən xəbər verir.
Qəza nəticəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb. Avtobusda ümumilikdə, 45 nəfər olub. Hadisə Qəhramanmaraş – Kayseri yolunda baş verib.
İlkin məlumatlara görə, avtobus sürücü idarəetməni itirdikdən sonra çevrilib. Qəza yerinə xilasedicilər, polis və həkimlər cəlb olunub.Yaralananlar xəstəxanaya çatdırılıblar.