Türkiyənin şərqində Malatya vilayətinin ərazisində Türkiyə Hava Qüvvələrinə məxsus iki F-4 hərbi təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, qəza nəticəsində iki pilot ölüb, daha iki nəfərin axtarışları isə davam etdirilir.
Türkiyənin daxili işlər naziri Əfqan Ala jurnalistlərə bildirib ki, qəzanın səbəbləri hələ məlum deyil, araşdırılmalar davam etdirilir.