İstanbul Respublika Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı apardığı təhqiqat çərçivəsində ifadələri alınan jurnalistlər - Soner Yalçın, Yavuz Oğhan, Şaban Sevinç, Batuhan Çolak və Ruşen Çakırın ölkədən çıxışlarına qadağa qoyulub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Haber Global" telekanalı yayıb.
Bildirilir ki, jurnalistlərə məhkəmə nəzarəti tədbiri tətbiq olunub və onlar sərbəst buraxılıblar.
Qeyd edək ki, sözügedən jurnalistlər "İmamoğlu işi" ilə bağlı saxlanaraq ifadələri alınmışdı.
Türkiyədə daha iki jurnalist ifadələri alınması üçün bu gün səhər saatlarında evlərindən polis bölməsinə aparılıb.
Oxu.Az DHA-ya istinadən xəbər verir ki, bunlar Aslı Aydıntaşbaş və Ruşen Çakırdır. Daha əvvəl Soner Yalçın, Şaban Sevinç, Yavuz Oğhan və Batuhan Çolakın polisə aparıldığı bəlli olmuşdu.
Yavuz Oğhan həm də CHP-nin kommunikasiya koordinatoru vəzifəsini tutur.
Məlumata görə, jurnalistlərin mobil telefonları da götürülüb.
İstanbul Baş Prokurorluğundan bildirilib ki, saxlanılanların "İmamoğlu işi" ilə bağlı ifadələri alınır. KİV nümayəndələri yalan məlumat yaymaq və cinayət təşkilatına yardım etməkdə şübhəli bilinirlər.
Hələlik saxlanılanlar barədə həbs qətimkan tədbiri yoxdur.
Türkiyədə dörd jurnalist ifadələri alınması üçün bu gün səhər saatlarında evlərindən polis bölməsinə aparılıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, saxlanılanlar Soner Yalçın, Şaban Sevinç, Yavuz Oğhan və Batuhan Çolakdır.
Yavuz Oğhan həm də CHP-nin kommunikasiya koordinatoru vəzifəsini tutur.
Məlumata görə, jurnalistlərin mobil telefonları da götürülüb.
İstanbul Baş Prokurorluğu məsələ ilə bağlı açıqlama verməyib. Lakin ifadəsi alınanlar barədə həbs qətimkan tədbirinin olmadığı bildirilib.