Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyədə kumpir yeyən qadın ölüb
Türkiyənin İzmir şəhərinin Buca rayonunda kumpir yedikdən sonra ölən qadının ailəsinin şikayəti ilə başladılan istintaq başa çatıb və iş yerinin sahibi həbs edilib.
Qeyd edək ki, Bucada yaşayan Bahar Zeyrek, anası Servet Polat və 11 yaşlı oğlu Gökhan Zeyrek dekabrın 28-də kafelərin birində kumpir yeyiblər və elə həmin gün qusma və ishal şikayətləri ilə xəstəxanaya müraciət ediblər. Müalicə aldıqdan sonra evə qayıdan ailənin şikayətləri davam edib və növbəti dəfə təcili yardıma baş vurublar, lazımi prosedurlardan sonra evə buraxılıblar. Hadisədən iki gün sonra isə Servet Polat ailəsi tərəfindən ayaqyolunda hərəkətsiz vəziyyətdə tapılıb. Ailə üzvləri məsələ ilə bağlı kumpir yedikləri kafedən şikayət ediblər.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma çərçivəsində eyni məkanda kumpir yeyən digər şəxslərin də zəhərlənmə əlamətləri ilə xəstəxanalara müraciət etdiyi müəyyən olunub və onların da şikayətləri alınıb.
Kafedə yeməklərin hazırlanmasında istifadə edilən məhsullardan götürülən nümunələrin ilkin müayinəsində "Salmonella" virusu aşkar edilib.
Nəticədə iş yerinin sahibi saxlanılıb və "ehtiyatsızlıqdan ölümə səbəb olduqda" maddəsi ilə həbs edilib.
"Türkiyə" teqi üzrə xəbərlər
- Astanaya uçan təyyarə Türkiyədə təcili eniş etdi
- Türkiyədə avtobus aşıb: Dörd ölü, 32 yaralı
- Ərdoğan Pakistanın baş nazirinə "Togg" avtomobili hədiyyə etdi
- Pakistanın paytaxtında ən işlək magistral küçəyə Ərdoğanın adı veriləcək
- Burak Özçivit qadın pərəstişkarı ilə şəkil çəkdirmək üçün bir milyon dollar alıb?- Modeldən açıqlama
Rəylər