Türkiyədə kürdyönümlü Demokratik xalqlar partiyasının deputatları Çaxlar Demirel və Besne Koncan saxlanılıb.
Oxu.Az Türkiyənin Cumhuriyet nəşrinə istinadən xəbər verir ki, kürd deputatalrı terror strukturuna yardım etməkdə ittiham edilirlər.
Məhkəmə öz qərarında qeyd edib ki, parlamentarilər xəbərdarlıq aldıqdan sonra məhkəməyə gəlməyiblər. Bununla əlaqədar onların saxlanılmasına dair qərar qəbul edilib.
N.O.
www.oxu.az