Türkiyənin Mersin şəhərinin Gülnar rayonunda meşə yanğını yaşayış sahəsinə yaxınlaşıb.
Məlumata görə, ərazidəki 110 təsərrüfatdan 450 nəfər təxliyə edilib. Güclü küləyin təsirli olduğu bölgədə Adana, Antalya, Karaman və Konyadan gələn qruplar, təyyarə və helikopterlər yanğınsöndürmə işlərinə dəstək verir.
Yanğının söndürülməsinə 5 təyyarə, 18 helikopter, 49 gəmi və 500 canlı qüvvə cəlb olunub.
13:44
Türkiyənin Mersin şəhərində meşə yanğını başlayıb.
Gülnar rayonunda naməlum səbəbdən başlayan yanğına müdaxilə edilir. Küləyin təsiri ilə yanğın qısa müddətdə geniş əraziyə yayılıb.
Əraziyə təyyarə və helikopterlər cəlb edilib.
Həmçinin rayonda yanğından əvvəl, səhər saatlarında 3,6 bal gücündə zəlzələ baş verib.
Mənbə: Haber Global