Egey dənizinin Türkiyə sahilləri yaxınlığında, Quşadası istiqamətində qeyri-qanuni miqrantların olduğu qayıq batıb.
Oxu.Az-ın “Hurriyyet”ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 11 nəfər ölüb.
Məlumata görə, qayıqda 22 nəfər olub. Onlardan səkkizi xilas edilib, üç nəfərin axtarışı isə davam edir.
S.B.
www.oxu.az