Türkiyədə nümayişlər zamanı qadına qarşı gözyaşardıcı qazdan istifadə edən polisə 20 aylıq həbs və 600 ağac əkmək cəzası verilib.
Bu barədə Oxu.Az The Hurriyet Daily News-a istinadən məlumat verir.
İstanbul məhkəməsinin qərarına əsasən, Fatih Zengin həbsxanada 10 ay vəzifə səlahiyyətlərini aşdığına görə, və daha 10 ay qanunsuz güc tətbiq etdiyinə görə keçirəcək.
Lakin məhkəmə zamanı cəzanın bu hissəsi qeyri-müəyyən müddətə təxirə salınıb. Bundan əlavə Zengin yarım il müddətinə 600 ağac əkməli və onlara nəzarət etməli olacaq.
Qey edək ki, hadisə 2013-cü ilin iyun ayında baş verib. İstanbulun Gezi parkındakı aksiya zamanı polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
Üzünə bibər qazı sıxılan İstanbul Texniki universitetinin gənc əməkdaşı Ceyda Sunqurun fotosu qısa bir müddətdə etiraz simvoluna çevrilib və “Qırmızı geyinmiş qadın” adı ilə tanınıb.
Avqusta qədər davam edən etirazlar zamanı toqquşmalar nəticəsində 11 nəfər həlak olmuşdur.