Qadın hər kəsin içində qəhqəhə ilə gülə bilməz.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə baş nazirinin köməkçisi Bülənt Arınç deyib.
“İffət çox önəmlidir. İffət qadın, kişi üçün bir bəzəkdir. Qadın məhrəmlə naməhrəmi ayırmalıdır. Bütün hərəkətlərində diqqət çəkməyəcək, iffətini qoruyacaq”.
Arınçın bu sözləri geniş müzakirəyə səbəb olub.
Prezidentliyə namizəd olan Ekmeleddin İhsanoğlu Twitter səhifəsindən nazir müavininin cavabını verib.
“Qadınların gülməsinə və hər kəsin şən qəhqəhələrinin duyulmasına indi ölkəmizin hər şeydən çox ehtiyacı var”.
“Independent” qəzeti Türkiyənin zamanında qadın haqları ilə bağlı daha demokratik olduğunu, lakin son zamanlarda bu sahədə bəzi dəyişikliklərin yaşandığını qeyd edib.
“Amma uşaq, gəlinlər, qadına qarşı şiddət Türkiyənin qadın haqları sahəsində geriləməsi ilə bağlı narahatlığa səbəb olur”.