Türkiyədə bələdiyyə seçkisinin davam etdiyi bir məqamda bəzi vətəndaşların səsverməyə rəng qatdığı görüntüləri yayılıb.
Səs vermək üçün məntəqələrə gələnlər arasında kral, astronavt və digər kostyumlar geyinən, yaxud da öz ev heyvanları ilə birlikdə səsverməyə qatılan şəxslər də olub.
Adanada kral libası ilə seçki məntəqəsinə baş çəkən kişi görənləri güldürüb. “Adananın kralı” kimi tanınan şəxsin 69 yaşlı Hüseyn Şen olduğu bildirilib.
Muay Tay döyüşçüsü Muhammet Bişgin isə Düzcedəki məntəqəyə astronavt kostyumu ilə gəlib.
Antalyada taksi sürücüsü işləyən Rasim İşıq tutuquşu ilə birgə səs verib. O, Paşa adlı quşun bir neçə söz bildiyini də qeyd edib.
Mənbə: ensonhaber.com
Rəylər