Türkiyənin Malatya bölgəsində baş verən silahlı insident zamanı yeddi nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, yerli sakinlərdən biri həmyerlisinə əvvəl iş yerində, sonra isə qaçıb gizləndiyi çayxanada ov tüfəngindən atəş açıb.
İnsident nəticəsində hücuma məruz qalan şəxs və çayxanadakı daha altı nəfər yaralanıb.
Yeddi nəfərə xəsarət yetirən şəxs polis tərəfindən saxlanılıb.
Yaralılar xəstəxanalara yerləşdiriliblər, hadisə ilə bağlı araşdırma başlanılıb.