İstanbulda iki dağıstanlı polis bölməsində terror aktının təşkilində şübhəli bilinərək saxlanılıb.
Oxu.Az bu barədə Anadolu-ya istinadən xəbər verir.
Daha öncə polis bölməsində bomba partladan kamikadze qadının Rusiyadan olan Diana Ramazova olduğu bildirilmişdi.
Türkiyənin hüquq mühafizəçiləri bildiriblər ki, terror aktının təşkilində şübhəli bilinən üç nəfər saxlanılıb, onlardan ikisi dağıstanlıdır.
Terror aktının qurbanı polis nəfəri olub. Daha iki nəfər isə yaralanıb.