Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə bağlı ölkədə üç günlük matəm elan olunub.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, bu gündən etibarən üç günlük milli matəm elan olunur və cümə günü Başkənt Ankarada dövlət mərasimi təşkil olunacaq.
Əhməd Davudoğlu Süleyman Dəmirəlin Ankaradakı evində olub və onun yaxınlarına başsağlığı verib.