Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Yeşilova səmtindəki hotelə əl qumbarası atılıb. Hücum motosikletlə gələn azyaşlı uşaq tərəfindən həyata keçirilib.
Qumbara partlamasa da, hoteldəki bir nəfər onu atan şəxsə silahla atəş açıb, nəticədə uşaq yaralanıb. O, hadisə yerindən qaçsa da, qısa müddət sonra hüquq-mühafizə orqanları əməkdaşlarının əlinə keçib.
Yaralı uşaq hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Hücum edən şəxsin istifadə etdiyi motosikletin oğurluq olduğu öyrənilib.
Qeyd edilir ki, sözügedən hotelə aprel ayında da silahlı basqın olmuşdu.
Türkiyədə uşaq hotelə əl qumbarası atıb
Mənbə: Odatv.com