Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyədə yüksəkçinli məmuru müşayiət edən avtomobillər qəzaya düşüb, ölənlər var
Türkiyə Prezident Administrasiyasının Strategiya və Büdcə qurumunun rəhbəri İbrahim Şenelini müşayiət edən təhlükəsizlik xidmətinin əməkdaşları Anadolu yolunun Çamlıdere-Gerede hissəsində qəzaya düşüblər.
Oxu.Az bu barədə "Haber Global"a istinadən xəbər verir.
Qəzada polis əməkdaşı İbrahim Güney və prezident aparatının sürücüsü Əhməd Ülger həyatını itirib.
İnsidentdən sonra hadisə yerinə təcili tibbi yardım xidmətinin personalı və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Öz növbəsində İbrahim Şeneli də qəza baş verən yerə qayıdıb. Hələlik hadisənin təfərrüatları məlum deyil.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə UNESCO siyahısına salınmış ərazidə iki milyardlıq çətənə kolları aşkarlandı
- Türkiyədə tısbağalara görə musiqi qadağası qoyuldu
- Bursada tarixi kəşf: İsa Məsih dövrünə aid mozaika aşkarlandı
- Türkiyədə toyda dəhşətli anlar – Disko topu gəlinin üstünə düşdü
- Türkiyədə hoteldə baş vermiş yanğınla bağlı müttəhimlərə 2 min ilədək həbs cəzası tələb olunur
Ən çox oxunanlar