Türkiyənin istirahət mərkəzlərindən biri olan Bodrumda zəlzələ olub.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, zəlzələ bu gün səhər saat 07.00 radələrində baş verib. 4 bal gücündə olan zəlzələnin episentri yerin 11,69 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilmir.