Türkiyənin İzmir şəhərinin ardınca Dənizli bölgəsində də zəlzələ olub. Oxu.Az-ın haberler.com saytına istinadən verdiyi xəbərə görə, 4.2 və 6 bal gücündə təkanlar qeydə alınıb. Valilikdən verilən xəbərə görə, təkcə Çardak ərazisində beş yaralı qeydə alınıb.
Deprem Dairəsi Başkanlığının yerli qurumunun məlumatlarında isə 23 nəfərin xəstəxanaya müraciət etdiyi bildirilir.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin