Türkiyə İzmirin Çeşmə ərazisində mehmanxana tikintisini dayandırır.
Oxu.Az Hürriyyət-ə istinadən xəbər verir ki, bu barədə Çeşmə şəhər məhkəməsi bu ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iddiasını təmin edib.
Nəşr yazır ki, söhbət 223 hektar torpaq sahəsindən gedir. Hansı ki onun 175 hektarını Rusiya milyarderlərindən biri olan Mixail Proxorov 8 il öncə 20 milyon dollara almışdı.

Çeşmə Bələdiyyə sədri Muhittin Dalqıç isə bildirib ki, məhkəmənin qərarı bölgədə turizmin inkişafı üçün yaxşı imkan olacaq.
Qeyd edək ki, rəsmi Ankaranın bu addımını Moskvaya cavab kimi də dəyərləndirmək olar. Belə ki, Rusiyanın “Kommersant” qəzeti yazırdı ki, Rusiya bu ölkədən olan işlərin və xidmətlərin idxalının qarşısını faktiki olaraq almaqla Türkiyəyə qarşı sanksiyaları genişləndirməyi planlaşdırır.
Ülviyyə R. Əli
www.oxu.az