Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalındakı Tel-Rıfat, Cizirə və Dərik bölgələrindəki terrorçulara qarşı hava əməliyyatı həyata keçirib.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı terrorçuların da daxil olduğu 30 hədəf məhv edilib.
Qeyd edək ki, gecə saatlarında icra olunan hava zərbələri Suriyada Türkiyənin hərbi bazasına hücuma cavab olub.
Mənbə: Haber Global
00:53
Suriyanın PKK/YPG təşkilatının nəzarətindəki Tel-Rıfatın ətrafından terrorçular tərəfindən axşam saatlarında Dabık bölgəsindəki Türkiyə Silahlı Qüvvələrinin (TSQ) yerləşdiyi əraziyə reaktiv yaylım atəş sistemi vasitəsilə hücum olub.
Bildirilib ki, hadisədə 5 özəl hərəkat polisi və 3 hərbçi yaralanıb. Yaralılar Türkiyənin Qaziantep və Kilis şəhərlərinə təxliyə ediliblər.
TSQ terrorçuları haubitsa və raket buraxıcı qurğularla cavab atəşinə tutub.
Mənbə: DHA