"PKK (Kürdüstan Fəhlə Partiyası) bir terror təşkilatıdır, öz təşkilatı daxilində çoxlu qanlı aksiyaları, edamları var".
Oxu.Az xəbər verir ki, bunu "Haber Global"a verdiyi müsahibəsində Türkiyənin Bursa Texniki Universitetinin müəllimi, dosent Ali Burak Darıcılı deyib.
"PKK terror təşkilatından bir sülh göyərçini ola bilməz. Düşünürəm ki, burada silahı yerə qoymağın vacibliyini vurğulamaq vacibdir. Bu proses davam etməlidir. Məsələ bu həqiqətin qəbul edilməsidir. Təbii ki, təşkilatdan "Biz məğlub olduq, həqiqəti qəbul edirik" kimi bir açıqlama vermələrini gözləyə bilməzsiniz", - o bildirib.
Daha ətraflı "Haber Global"ın "YouTube" kanalında: