Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyəli nazir: "Orduya göndərməyə gənclər tapmaya bilərik"
Türkiyə əhalinin azalma tempinin "həyəcan səviyyəsi"ndədir, ölkə orduya göndərmək üçün gənc insan çatışmazlığı ilə üzləşə bilər.
Oxu.Az "CNN Türk" telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.
"Bizdə doğum əmsalı 1.51, əhalinin özünü yeniləmə əmsalı 2.1 təşkil edir. Hazırda Türkiyə özünü "yeniləyə" bilmir. Biz qocalırıq. Bu, bir çox aspektlə bağlıdır: istehsaldan tutmuş məşğulluğa və səhiyyəyə qədər" , - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə əhalisi arasında 65 yaşlıların payı 10 faizi keçib.
2024-cü ilin sonuna olan məlumata görə, Türkiyədə 17 yaşa qədər uşaq və yeniyetmələrin sayı 21.8 milyon nəfər və ya ölkə əhalisinin 25.5 faizini təşkil edir.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyə və İsrail Bakıdakı danışıqlar nəticəsində Suriya üzrə razılığa gəliblər
- İlber Ortaylı: "Biz bir millət, iki dövlətik, üçüncüsü də gəlir"
- Huşunu itirən azərbaycanlı avtobusun altında qaldı - Türkiyədəki faciənin ANBAAN GÖRÜNTÜLƏRİ
- Türkiyədə İŞİD-ə üzvlükdə şübhəli bilinən yüzlərlə insan həbs edilib
- Türkiyənin vitse-prezidenti Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri ilə görüşüb