Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyənin Bursa şəhərində baş verən dəhşətli yanğın sürətlə ətrafa yayılır
Türkiyənin Bursa şəhərində yerləşən təkrar emal müəssisəsində başlayan yanğın genişlənərək ətrafdakı dörd fabriki əhatə edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xammal qısa müddət ərzində alışaraq sürətlə ətrafa yayılıb.
Hazırda beş müəssisədə davam edən yanğının qarşısının alınması istiqamətində yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Türkiyənin Bursa şəhərində yerləşən kağız və lif istehsal edən fabrikdə güclü yanğın başlayıb.
Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və texnika cəlb edilib.
Fabrikin yaşayış sahəsinə yaxın olması səbəbindən ətrafdakı yaşayış massivi nəzarətə götürülüb, avtomobillərin və insanların əraziyə girişi məhdudlaşdırılıb.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Zabratda avtomobil təmiri sexində yanğın baş verib
- İranın Bəndər-Abbas limanındakı yanğın nəzarətə alındı
- Nəsimi rayonunda "Kəndli yarmarkası"nın fəaliyyəti dayandırılıb
- Perinatal Mərkəzdəki yanğında zərərçəkən: "8 ildən sonra övladımız oldu, o da yanğında öldü"
- Rusiyanın Uruqvaydakı səfirliyində yanğın olub