Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Twitter” Maskdan 44 milyard dolları almaqda israrlıdır
“Twitter”in hüquqşünasları bəyan ediblər ki, şirkətin rəhbərliyi milyarder İlon Maskla sosial şəbəkəni “əvvəlcədən təsdiq edilmiş şərtlərlə” 44 milyard dollara almaq üçün sövdələşməni başa çatdırmaq niyyətindədir.
“Twitter” Maskdan əvvəllər əldə edilmiş razılaşmalara tam əməl etməyi tələb edir. Şirkət milyarderin arqumentlərini “əsassız” adlandırıb.
Vəkillərin sözlərinə görə, “Twitter” alqı-satqı müqaviləsi üzrə heç bir öhdəliyi pozmayıb.
Qeyd edək ki, apreldə şirkət rəhbərliyi Maskın sosial şəbəkəni 44 milyard dollara almağı təklif etdiyini açıqlayıb. İyulun əvvəlində Maskın vəkilləri onun şirkəti satın almaqdan imtina etməsi barədə məlumat veriblər.
İyulun 12-də “Twitter” Maskı öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün məhkəməyə müraciət edib. İyulun 29-da isə sahibkar Delaver məhkəməsində şirkətə qarşı əks iddia qaldırıb. Məhkəmə iclasları oktyabr ayına təyin edilib. Şirkət Mask ilə sövdələşmə ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün sentyabrın 13-də səhmdarların iclasını keçirmək niyyətindədir.
Mənbə: TASS
Rəylər