Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşü başa çatıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Görüşün üç saata yaxın davam etdiyi bildirilir.
Hələlik görüşün təfərrüatı barədə məlumat verilmir.
13:14
İstanbulda mətbuata qapalı rejimdə Rusiya və Ukrayna nümayəndələrinin görüşü keçirilir.
Danışıqlar Türkiyə Prezidentinin Dolmabağça iqamətgahında aparılır.
Buna qədər isə nümayəndə heyətlərinin rəhbərləri - Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya arasında ikitərəfli görüş keçirilib.
Mənbə: RİA Novosti