Ən yüngül çəkidə UFC döyüşçüsü Valentina Şevçenko erməni əsilli amerikalı idmançı Ketlin Çukaqyana qalib gəlib.
Bu barədə Eurosport.ru nəşri yazıb.
Döyüşdə qalib gələn Şevçenko çempion kəmərini qoruyub.
Döyüş üç raund davam edib. Şevçenko döyüşü parterdə davam etdirib və rəqibinə yerdə ardıcıl zərbələr endirib. Bu zaman hakim döyüşü dayandırıb və Şevçenkonun texniki qələbə qazandığını bildirib.